Azərbaycanlı diplomatlar yaxın gələcəkdə İrana yola düşəcəklər. Bu barədə İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian məlumat verib.
Bu barədə Abdullahian çərşənbə axşamı İslam Əməkdaşlıq Təşkilatının İcraiyyə Komitəsinin nazirlər səviyyəsində Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində keçirilən növbədənkənar iclası çərçivəsində Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramovla görüşün yekunlarına dair bəyan edib.
Öz növbəsində, İran XİN məlumat verib ki, Abdullahian Bayramovla görüş zamanı xəbər verib ki, İran Hökumətlərarası Komissianın növbəti iclasını Tehranda keçirməyə hazırdır. **
R.Kərimov