“Visa” Beynəlxalq Ödəniş Sistemi Kristina Doroşun Azərbaycan da daxil olmaqla, 17 ölkəni əhatə edən böyük region üzrə baş vitse-prezident və regional menecertəyin olunduğu barədə məlumat verir.
«Doroş şirkətin Mərkəzi Asiya və Azərbaycanda biznes fəaliyyətini istiqamətləndirməyə davam etməklə yanaşı, Cənubi və Şərqi Avropa, Qafqaz, Ukrayna və Moldova regionunda Visa-nın fəaliyyəti və strateji inkişafına cavabdeh olacaq», - şirkətin məlumatında qeyd olunur.
“Visa”nın Mərkəzi və Şərqi Avropa, Yaxın Şərq, Afrika (CEMEA) regionu üzrə prezidenti Endryu Torre qeyd edib ki, Doroş «inanılmaz tərəqqi və olduqca geniş imkanlarla səciyyələnən hazırkı dövrdə iddialı yerli komandalarımızla birgə, bazarın böyüməsinə və strateji dövlət və özəl tərəfdaşlıqların inkişafına doğru təsirli irəliləyişlərə imza atacaq”. **
X.Nəsirzadə