Ermənistanın müdafiə naziri Suren Papikyan İrana rəsmi səfərə yola düşüb. Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat verir.
«Martın 6-da Ermənistanın müdafiə naziri Suren Papikyanın rəhbərlik etdiyi nümayəndə heyəti İran Islam Respublikasına rəsmi səfərə yola düşüb”, - Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Digər təfərrüatlar barədə məlumat verilmir. **