Rusiyanın xarici işlər naziri Sergey Lavrov ermənistanlı həmkarı Ararat Mirzoyanla telefonla Moskva və İrəvanın inteqrasiya birlikləri çərçivəsində ikitərəfli və regional məsələləri, qarşılıqlı əlaqələrini müzakirə edib. Bu barədə RF XİN-in mətbuat xidməti çərşənbə günü məlumat verib.
«XİN rəhbərləri ikitərəfli və regional gündəliyin aktual məsələlərini, o cümlədən Ermənistan-Azərbaycan normallaşması prosesini, habelə ümumi inteqrasiya birlikləri çərçivəsində əməkdaşlığı müzakirə ediblər», - Rusiya Xarici İşlər Nazirliyinin saytında dərc olunan məlumatda bildirilir.
Nazirlər arasında söhbət dünən baş tutub. Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, söhbət, Rusiya tərəfinin təşəbbüsü ilə keçirilib. **