Çərşənbə günü Ankarada rəsmi səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin milli müdafiə naziri Yaşar Gülər ilə görüşüb, tərəflər Bakı ilə Ankara arasında hərbi əməkdaşlığın perspektivləri və regional təhlükəsizlik məsələlərini müzakirə ediblər. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilir.
“Görüşdə hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib”, - nazirliyin məlumatında deyilir. **
R.Kərimov