Martın 7-də Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikov Azərbaycana işgüzar səfər edəcək.
«İnterfaks-Azərbaycan»ın məlumatına görə, Reşetnikov səfər zamanı Azərbaycanın iqtisadiyyat naziri Mikail Cabbarov, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə danışıqlar aparacaq.
«Qarşıdakı görüşlər zamanı tərəflər Azərbaycan və Rusiya Federasiyası arasında ticarət-iqtisadi əməkdaşlığın inkişafı məsələlərinə, habelə birgə layihələrin irəli sürülməsi perspektivlərini nəzərdən kçeirəcəklər», - RF İqtisadi İnkişaf Nazirliyindən bildirilib.
Səfər çərçivəsində həmçinin Reşetnikov Rusiya və Azərbaycan sahibkarları görüş keçirəcək və Rusiya müəssisəsinə səfər edəcək. **
R.Əhmədov