Ermənistan Rusiyanı «Zvartnots» hava limanından RF FTX Sərhəd Xidmətinin nümayəndələrini çıxarmaq niyyəti barədə xəbərdar edib. Bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bəyan edib.
"Ermənistan bu məsələdə aydın mövqedədir. Bu aydın mövqe barədə Rusiya Federasiyasına rəsmi məktubla məlumat verilib", - Qriqoryan çərşənbə günü jurnalistlərə bildirib.
Onun sözlərinə görə, Ermənistanın mövqeyi ondan ibarətdir ki, «Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qüvvələri hava limanında tam xidmət etməlidir». **