Rusiyanın baş naziri Mixail Mişustin Azərbaycanın Rusiyada keçiriləcək “İntervideniye” müsabiqəsində iştirak edəcəyinə ümid etdiyini bildirib.
"Biz böyük “İntervideniye” müsabiqəsi keçirəcəyik, ümid edirəm ki, Azərbaycanın parlaq ifaçıları burada iştirak edəcəklər. Müsabiqə böyük olacaq və bu günə qədər hazırlıqlar davam edir", - o, ictimai təşkilatların qadın nümayəndələri ilə görüşü zamanı bildirib.
“İntervideniye” Birinci Beynəlxalq Populyar Mahnı Müsabiqəsinin 2024-cü ildə Rusiyada keçirilməsi planlaşdırılır. **