Çərşənbə günü Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və Türkiyə Silahlı Qüvvələrin Baş Qərargah rəisi ordu generalı Metin Gürak görüşüblər, Bakı ilə Ankara arasında hərbi əməkdaşlığın perspektivləri müzakirə edilib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat verir.
“Görüşdə Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub”, - məlumatda deyilir.
MN-dən bildirilir ki, görüş zamanı Azərbaycan-Türkiyə “münasibətlərin dostluq və qarşılıqlı inam üzərində qurulduğu qeyd edilib, ölkələrimiz arasında mövcud olan əməkdaşlığın bölgədəki sabitliyi təmin edən əsas amillərdən biri olduğu” vurğulanıb. **
İnformasiya şöbəsi