ABŞ-ın NATO-dakı sabiq nümayəndəsi Nikki Heyli çərşənbə günü Respublika Partiyasından prezidentliyə namizədlik uğrunda mübarizədən çıxdığını açıqlayıb.
«Kampaniyamı dayandırmağın vaxtı gəldi», - o deyib.
"Çox güman ki, iyulda partiyamızın qurultayı keçirildikdə Donald Tramp Respublika Partiyasından namizəd olacaq. Mən onu təbrik edirəm və ona uğurlar arzulayıram", - o əlavə edib. **