Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyədə Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün ilə görüşüb, Bakı ilə Ankara arasında hərbi-texniki əməkdaşlığın perspektivləri müzakirə olunub. Bu barədə çərşənbə günü Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilir.
“Görüşdə ölkələr arasında hərbi-texniki sahədə əməkdaşlığın inkişaf perspektivləri, eləcə də birgə layihələr və qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb”, - nazirliyin məlumatında deyilir. **
İnformasiya şöbəsi