Çərşənbə günü Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Dünya Bankının (DB) Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti Antonella Bassani gprüş zamanı tərəflər arasında əməkdaşlığın perspektivlərini müzakirə ediblər. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.
“Görüş zamanı Azərbaycan və Dünya Bankı arasında əməkdaşlıq perspektivləri, habelə cari ildə ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasından (COP29) irəli gələn məsələlər müzakirə olunub”, - məlumatda deyilir.
XİN-dən əlavə olunub ki, görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. **
İnformasiya şöbəsi