Çərşənbə günü Ermənistan və Iranın müdafiə nazirləri Suren Papikyan və Məhəmməd Rza Karai Aştiani Tehranda keçirilən görüşdə müdafiə sahəsində əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər.
"İran İslam Respublikası Müdafiə və Silahlı Qüvvələrə Dəstək Nazirliyində Ermənistanın müdafiə naziri Suren Papikyan İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri, briqada generalı Məhəmməd Rza Karai Aştiani ilə görüş keçirilib. Müdafiə sahəsində əməkdaşlığın hazırkı gedişi və inkişaf perspektivləri müzakirə olunub", - Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, nazirlər beynəlxalq və regional məsələlər ilə bağlı fikir mübadiləsi aparıblar, Cənubi Qafqazda uzunmüddətli sülh və sabitliyin qurulması ilə bağlı mövqelərini təsdiqləyiblər.
«Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlərə dair bir sıra razılaşmalar əldə olunub», - MN-dən məlumat verilib. **