Çərşənbə günü Gürcüstan prezidenti Salome Zurabişvili Gürcüstan mediasının nümayəndələri ilə görüşdə bu ilin payızında prezident müddəti başa çatana qədər səlahiyyətlərini yerinə yetirəcəyini bildirib.
"Əgər siyasət mənə ehtiyac duyarsa olarsa, onda qalacağam. Bir məsələ aydındır ki, mən prezident mandatının sonuna qədər gedəcəyəm", - Zurabişvili deyib.
O hesab edir ki, prezident kimi rolu bu gün xüsusilə Avropa tərəfdarı qüvvələrin Gürcüstanda birləşməsi üçün vacibdir.
O hesab edir ki, Gürcüstanda çoxpartiyalı rəhbərlik sisteminin tətbiqinə ehtiyac var.
Rusiya vətəndaşları üçün viza rejiminin tətbiqi və ya iki ölkə arasında hava əlaqəsinin məhdudlaşdırılması ilə bağlı suala cavab verən Zurabişvili bəyan edib ki, bu cür tədbirlərin görülməsi bu gün qarşıdurma addımı kimi qiymətləndirilə bilər və Gürcüstan üçün təhlükəli ola bilər. **