İqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib ki, Dünya Bankının (DB) Avropa və Mərkəzi Asiya üzrə regional vitse-prezidenti Antonella Bassani ilə tərəflər arasında əməkdaşlığın prioritetlərini müzakirə edib.
"Görüşdə ikitərəfli əməkdaşlığın prioritetlərini - qurumun hazırladığı Ölkə Tərəfdaşlıq Çərçivəsi üzrə investisiya layihələrini və COP29 tədbiri üzrə əməkdaşlıq imkanlarını nəzərdən keçirdik", - Cabbarov cümə axşamı "X" sosial şəbəkəsindəki hesabında yazıb. **
R.Kərimov