İndiyədək Azərbaycanın vergi orqanları tərəfindən 96,808 min ədəd yeni nəsil nəzarət-kassa aparatı (NKA) quraşdırılıb (fevralda – 901 min ədəd NKA). Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Vergi Xidmətindən (DVX) məlumat verilib.
“2024-cü ilin yanvar-fevral aylarında yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 3,5 milyard manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 14,7% çoxdur”, - Xidmətdən bildirilir.
2023-cü ildə yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə təxminən 22 milyard manat (2022-ci illə müqayisədə +14,2%) olub.**
X.Nəsirzadə