İsrail hakimiyyəti martın 15-dək Livanla sərhəddə vəziyyətin normallaşdırılması ilə bağlı razılaşmaya nail olmaq istəyir, əks təqdirdə “Hizbullah” hərəkatına qarşı tammiqyaslı əməliyyata başlamaq niyyətindədir. Bu barədə «The Times of Israel» cümə axşamı Livan mediasına istinadən xəbər verir.
«Hizbullah»la əlaqəli olan «Əl-Əhbar» nəşrinin məlumatına görə, İsrail «Hizbullah»ın qüvvələrini sərhəddən uzaqlaşdırmaq istəyir.
Eyni zamanda, nəşrin məlumatına görə, dünən İsrailin müdafiə naziri Yoav Gallant ABŞ prezidentinin qlobal infrastruktur və enerji təhlükəsizliyi üzrə xüsusi koordinatoru Amos Xoxşteynə bildirib ki, «Hizbullah”ın İsrailə hücumlarının davam etdirilməsi Livandakı problemin həllinin hərbi variantını getdikcə daha da mümkün edir. **