Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olması nəinki siyasi, həm də iqtisadi baxımdan səmərəli olacaq. Bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bəyan edib.
«Bir sıra əsas məsələlər var, lakin onlardan ən mühümü ölkələrin bir-birinin ərazi bütövlüyünü qarşılıqlı tanıması və 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında sərhədlərin delimitasiyası və demarkasiyası prosesidir», - Mirzoyan cümə axşamı İrəvanda Kiprin xarici işlər naziri Konstantinos Kombosla birgə keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bu prinsiplərə görə Ermənistan və Azərbaycan «Praqa, Soçi və Brüsseldə keçirilən görüşlərin nəticələrinə dair bəyanatlarda təsdiqlənən ən yüksək səviyyədə razılığa gəliblər».
«Hesab edirik ki, bu prinsiplər əsasında sülhün qurulması ölkələr üçün nəinki siyasi baxımdan əlverişli, həm də iqtisadi cəhətdən səmərəli olacaq», - Mirzoyan bildirib. **