Azərbaycan ilə RF arasında 2024-2026-cı illər üçün turizmin inkişafına dair “yol xəritəsi”2027-ci ilədək illik 1 milyon səfər göstəricisinə çıxmağa imkan verəcək. Rusiyanın iqtisadi inkişaf nazirinin müavini Vladimir İliçev belə hesab edir.
Daha əvvəl “İnterfaks-Azərbaycan” xəbər verib ki, 5 mart 2024-cü il tarixində “2024-2026-cı illərdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında turizmin inkişafına dair Yol Xəritəsi”imzalanıb.
Yaxın üç il ərzində «yol xəritəsi» iki ölkənin birgə marşrutların və turizm layihələrinin hazırlanması vəzifələrini həll etməklə bağlı turizm sahəsində işləməli olduğu əsas sənəd olacaq.
"Yol xəritəsi Rusiya və Azərbaycana nəinki birgə turizm proqramları hazırlamağa, həm də qarşılıqlı turist axınını 40% artırmağa, 2027-ci ilə qədər isə ildə 1 milyon səfərə çıxmağa imkan verəcək. Ölkələrimiz üçün hazırkı göstəriciləri artırmaq, ümumi turizm məkanının yaradılmasına səy göstərmək vacibdir. Üstəlik, turizmin inkişafı üçün Rusiya və Azərbaycanın hər şeyi var - özünəməxsus mədəniyyəti, unikal təbiəti və qonaqpərvər insanları», - İliçev deyib.
İndiyədək Azərbaycan Rusiya vətəndaşları üçün yaxın xarici ölkələr arasında ən populyar turizm istiqamətlərindən biridir. Rusiya ilə Azərbaycan arasında həftə ərzində 80-dən çox uçuş həyata keçirilir. Respublikaya birbaşa uçuşlar Rusiyanın 11 bölgəsindən həyata keçirilir.
2023-cü ildə qarşılıqlı turist səfərlərinin sayı 1,5 dəfə artıb. Azərbaycana 475,6 min Rusiya vətəndaşı, Rusiyaya isə 258,6 min Azərbaycan vətəndaşı səfər edib.**
R.Əhmədov