2023-cü ildə Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin mərkəzi aparatı və onun regional maliyyə müfəttişlikləri tərəfindən aparılmış yoxlamalarla ümumilikdə 586,9 milyon manat məbləğində artıq və əsassız ödənişlər aşkar olunub.
“İnterfaks-Azərbaycan” agentliyi nazirliyin məlumatına istinadən bildirir ki, 2023-cü ildə 126təşkilatda(2022-ci ildə - 185 təşkilatda) nəzarət tədbirləri həyata keçirilib.
Belə ki,prokurorluq və hüquq mühafizə orqanlarının məktublarına və qərarlarına əsasən 90 təşkilatdayoxlamalar aparılıb.Yoxlamalarla 586,9 milyon manat məbləğində artıq və əsassız ödənişlər, 131,9 milyon manat məbləğində gömrük ödənişlərinin az hesablandığı və nəticədə bu məbləğdə vəsaitin dövlət büdcəsinə az ödənildiyi aşkar edilib.
Dövlət Maliyyə Nəzarəti Xidmətinin iş planına əsasən36 təşkilatda2 milyard 83,5 milyon manat məbləğində vəsaitin istifadəsi yoxlanılıb.Bu təşkilatlarda4,9 milyon manatartıq və əsassız ödənişlərə yol verildiyi aşkar edilib. Həmin vəsaitlərin 3,7milyon manat hissəsinin nəzarət tədbirlərinin gedişində bərpası təmin edilib. Həmin təşkilatda aşkar edilmiş3,1 milyon manatməbləğində artıq və əsassız ödənişlərə hüquqi qiymət verilməsi üçün yoxlama materialları Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.
Dövlət Xidməti tərəfindən 59nəfər vəzifəli şəxsə 57,3 min manat məbləğində cərimələr tətbiq edilibvə həmin cərimələrin dövlət büdcəsinə ödənilməsi təmin edilib.
2022-ci ildə Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin mərkəzi aparatı və onun regional maliyyə müfəttişlikləri tərəfindən aparılmış yoxlamalarla ümumilikdə 225 milyon 710,4 min manat məbləğində artıq və əsassız ödənişlər aşkar olunub. **
R.Əhmədov