ABŞ Dövlət Departamentindən verilən məlumata görə, təqribən iki illik danışıqlardan sonra cümə axşamı İsveçin Şimali Atlantika Alyansına üzv olması barədə protokol qüvvəyə minib.
«Protokol 7 mart 2024-cü ildə qüvvəyə minib», - Dövlət Departamentinin saytında dərc olunan sənəddə deyilir.
Qeyd olunur ki, martın 7-də qoşulmaq üçün lazım olan bütün şərtlər yerinə yetirilib.
Daha sonra cümə axşamı ölkənin Alyansa qoşulması ilə bağlı qalan rəsmi prosedurlar başa çatacaq. **