Cümə axşamı SOCAR şirkətinin prezidenti Rövşən Nəcəf Rusiya Federasiyasının Tatarıstan Respublikasının “Tatneft” Publik Səhmdar Cəmiyyətinin (PSC) baş direktoru Nail Maqanov ilə görüşüb. Bu barədə “İnterfaks-Azərbaycan” SOCAR-a istinadən xəbər verir.
Görüş zamanı SOCAR ilə “Tatneft” PSC arasında neft-kimya sahəsində qarşılıqlı fəaliyyətə dair saziş və neft yatağında birgə işlərə dair anlaşma memorandumu imzalanıb.
Həmçinin, tərəflər insan kapitalının inkişaf etdirilməsi və bu istiqamət üzrə perspekiv birgə hədəflər barədə müzakirələr aparıblar.
SOCAR-ın məlumatına görə, Azərbaycan nümayəndə heyəti “Tatneft” PSC-nin digər müəssisələrində istehsalat prosesi ilə tanış olub. **
X.Nəsirzadə