Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Azərbaycanla sülh qurmaq üçün real imkan olduğunu bəyan edib.
"Xalqlarımızın sülhə ehtiyacı var, onlar sülhə layiqdir və heç birimiz daimi düşmənçiliyə məhkum deyilik. İndi həqiqətən sülh imkanımız var", - Mirzoyan Türkiyənin “Anadolu” agentliyinə verdiyi müsahibədə bildirib.
O, həmçinin qeyd edib ki, Ermənistan və Azərbaycanın xarici işlər nazirlərinin görüşünün yeni tarixi hələlik müəyyənləşdirilməyib, lakin tərəflər daim təmasdadır. **