İsrail beynəlxalq ictimaiyyətin təzyiqlərinin artmasına baxmayaraq Qəzza zolağının cənubunda HƏMAS-a qarşı hərbi əməliyyatı davam etdirəcək. Bu barədə «The Jerusalem Post» nəşri İsrailin baş naziri Benyamin Netanyahuya istinadən yazır.
«Beynəlxalq təzyiq var və artır, lakin məhz beynəlxalq təzyiq artdıqca biz birləşməliyik, müharibəni dayandırmaq cəhdlərinə qarşı dayanmalıyıq», - Netanyahu bəyan edib.
Netanyahu HƏMAS qruplaşmasının tamamilə məhv edilməsinə nail olacağına söz verdi. **