Aprel ayından etibarən «İrAero» aviaşirkəti Bakı-Vladikavkaz marşrutu üzrə uçuşlar yerinə yetirməyə başlayır. Bu barədə “Vladikavkaz” beynəlxalq aeroportun (Şimali Osetiya, Roman Trotsenkonun “Novaport” holdinqinə daxildir) mətbuat xidməti məlumat verib.
“İnterfaks-Azərbaycan” qeyd edir ki, uçuşlar aprelin 1-dən etibarən həftənin bazar ertəsi, cümə axşamı və bazar günləri Superjet-100 təyyarəsi ilə planlaşdırılır.
Bronlaşdırma və bilet satışı xidmətlərinin məlumatına görə, hazırda bu marşrut üzrə birbaşa uçuşları heç bir aviaşirkət yerinə yetirmir.
Xəbər verildiyi kimi, aprelin 3-dən «İrAero» Bakı-Çelyabinsk, aprelin 4-dən - Nijni Novqorod-Bakı marşrutları üzrə uçuşlar həyata keçirməyi planlaşdırır.
«İrAero» İrkutskda yerləşən Rusiya aviaşirkətidir. **
R.Əhmədov