Azərbaycan və Rusiya Federasiyası hər iki ölkənin qida təhlükəsizliyi sistemlərini ekvivalent hesab ediblər.
«İnterfaks-Azərbaycan» agentliyi «Rosselxoznadzor»a istinadən məlumat verir ki, bu, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Rusiya Federasiyasında fəaliyyət göstərən sistemi Rusiya xidmətinin məlumatları əsasında və gündəlik yoxlamalar zamanı qiymətləndirməsindən sonra baş verib.
Nəticədə, “Rosselxoznadzor” və Agentlik Rusiyanın qida təhlükəsizliyi sisteminin Azərbaycanda tətbiq olunan sistemlə, həmçinin «Alimentarius Məcəlləsi» komissiyasının və Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının standartları ilə uyğunluğunu müəyyənləşdiriblər.
“Rosselxoznadzor”un mətbuat xidmətindən «İnterfaks»a verilən məlumata görə, sistemlərin uyğunluğu Azərbaycan və Rusiya arasında ərzaq mallarının ticarət dövriyyəsinin artmasına kömək edəcək. «Bu qərara əsasən, yüksək riskli qida məhsulları istehsal edən Rusiya müəssisələri öz məhsullarını əlavə qiymətləndirmədən Azərbaycana ixrac edə biləcəklər», - Xidmətdən bildirilib. **
R.Əhmədov