ABŞ Prezidenti Co Bayden cümə günü bəyan edib ki, Amerika hərbçiləri Ukraynadakı hərbi əməliyyatlarda iştirak etmirlər və bundan sonra da iştirak etməyəcəklər.
“Amerika əsgərləri Ukraynadakı müharibədə iştirak etmirlər və bunun belə də qalması üçün əlimdən gələni etmək niyyətindəyəm”, - deyə o, Konqresdəki çıxışı zamanı bildirib.
Bayden qeyd edib ki, Ukrayna ölkə ərazisinə Amerika əsgərlərinin göndərilməsini tələb etmir, yalnız silah istəyir.*