“Azərbaycan Hava Yolları” QSC (AZAL) martın 19-dan Bakıdan Təl-Əvivə və əks istiqamətdə olan uçuşları bərpa edəcək.
“İlkin mərhələdə aviadaşıyıcı həftədə üç dəfə – çərşənbə axşamı, cümə axşamı və bazar günləri reyslər həyata keçirəcək. Apreldən isə uçuşlar həftədə 9 dəfə olacaq”, - deyə AZAL-dan bildirilib.
Aviabiletləri rəsmiwww.azal.azsaytından, aviaşirkətin mobil tətbiqindən, eləcə də AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür.*
N.Abbasova