Qərb ölkələrinin Ukraynaya qoşun göndərməsi ilə bağlı müzakirələrə son qoyulmalıdır, bu variant qəbuledilməzdir. Bunu cümə günü Almaniyanın müdafiə naziri Boris Pistorius deyib.
“Əslində heç kim Ukraynada öz qüvvələrini yerləşdirmək istəmir. İndi bu mövzuda müzakirə aparılır və biz burada dayanmalıyıq”, - deyə o, Helsinkiyə səfəri zamanı bildirib.
Daha əvvəl Fransa Prezidenti Emmanuel Makron mətbuat konfransında Qərb ölkələrinin gələcəkdə Ukraynaya qoşun göndərə biləcəyi ilə bağlı fikir səsləndirmişdi. ABŞ və Avropa ölkələrinin liderləri Makronun təklifini rədd ediblər.*