Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşmək üçün İstanbula gəlib.
Göyərtəsində Ukrayna liderinin və onu müşayiət edən nümayəndə heyətinin olduğu təyyarə Atatürk hava limanına eniş edib.
Hava limanında Ukrayna nümayəndə heyətini Türkiyə rəsmiləri qarşılayıblar.
Səfər çərçivəsində Zelenskinin Ərdoğanla görüşü keçiriləcək.
Görüş zamanı Ukrayna ilə Rusiya arasında davam edən silahlı münaqişənin gedişi, Taxıl Dəhlizi Sazişinin davam etdirilməsi ilə bağlı vəziyyət, bölgədə daimi sülhün əldə olunması, eləcə də Türkiyə və Ukrayna münasibətləri ətraflı müzakirə olunacaq.
“Anadolu” agentliyi xəbər verir ki, Ukrayna Prezidenti sonuncu dəfə 2023-cü il iyulun 7-də Türkiyədə səfərdə olub.*