Qəzza zolağında humanitar yardımın havadan atılması əməliyyatı zamanı baş vermiş insident nəticəsində ən azı 5 nəfər həlak olub. Bu barədə “Al Jazeera” telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, konteynerlərdən birinin endirilməli olduğu paraşüt açılmayıb və yük insanların üzərinə düşüb.
Hadisə nəticəsində iki nəfər yerindəcə həlak olub, daha üç nəfər isə xəstəxanada dünyasını dəyişib.*