Ukrayna Prezidenti Volodimir Zelenski İstanbula işgüzar səfəri zamanı Ukrayna Hərbi Dəniz Qüvvələri üçün çoxməqsədli hərbi dəniz gəmilərinin (korvet) inşa edildiyi tərsanəyə baş çəkib.
“İvan Mazepa” korvetinin hazırlığı və təchizatı ilə tanış oldum. Ukrayna Hərbi Dəniz Qüvvələrinin hərbi qulluqçuları ilə söhbət etdim”, - deyə o, “Telegram” kanalında yazıb.
V.Zelenski “Getman İvan Vıqovski” adını verdiyi “Ada” sinfinə aid ikinci korvetin inşasının gedişatı ilə də tanış olub.
O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana və Türkiyə və Ukraynanın birlikdə işləyən bütün müdafiə şirkətlərinə təşəkkürünü bildirib.*