Türkiyə Rusiya-Ukrayna sülh sammitinə ev sahibliyi etməyə hazırdır. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Biz əvvəldən müharibənin danışıqlar yolu ilə başa çatmasına töhfə veririk. Biz Rusiyanın da iştirak edəcəyi sülh sammitinə ev sahibliyi etməyə hazırıq”, - deyə o, bu gün İstanbulda Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqlardan sonra bildirib.
“Biz strateji tərəfdaşımız olan Ukraynanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini dəstəkləyirik. Təəssüf ki, müharibənin regional və qlobal baxımdan mənfi təsiri artır. Sülhün bərqərar olması üçün 2022-ci ilin mart ayında İstanbulda qurduğumuz danışıqlar masasının potensialından istifadə edilməsi üçün diplomatik addımlar atılmadı”, - deyə Ərdoğan qeyd edib.
Türkiyə Prezidenti taxıl ixracı ilə bağlı yeni razılaşmalara da dəstək göstərməyə hazır olduğunu bildirib.
Onun sözlərinə görə, “azad ticarət sazişinin qüvvəyə minməsi münasibətlərimizin inkişafına təkan verəcək”.*