ABŞ-ın keçmiş prezidenti Donald Tramp Floridadakı malikanəsində Macarıstanın baş naziri Viktor Orbanla görüşüb. Bu barədə “The Hill” nəşri məlumat yayıb.
Trampın mətbuat xidmətindən bildirilib ki, siyasətçilər ABŞ və Macarıstanla bağlı geniş spektrli məsələləri müzakirə ediblər, eləcə də dövlət sərhədlərinin qorunmasının vacibliyini vurğulayıblar.
KİV Ağ Evdəki mənbələrə istinadla xəbər verir ki, Orbanın ABŞ prezidenti Co Bayden və ya digər rəsmilərlə görüşləri planlaşdırılmayıb.*