Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan şənbə günü bəyan edib ki, Fələstinin HƏMAS hərəkatına dəstəyi davam etdirəcək.
“Heç kim bizi HƏMAS-ı terror qruplaşması kimi tanımağa məcbur edə bilməz. Türkiyə HƏMAS liderləri ilə əlaqələrini gizlətmir və onları qətiyyətlə dəstəkləyir”, - deyə Yaxın Şərq mətbuatı Ərdoğana istinadla bildirir.
Türkiyə Prezidenti İsrailin Qəzza zolağında apardığı hərbi əməliyyatı yenidən tənqid edib.
“Netanyahu və onun hökuməti Qəzzada insanlığa qarşı cinayətlər törədir”, - deyə o vurğulayıb.*