Yaponiya və ABŞ birgə müdafiə istehsal sistemini gücləndirməyi planlaşdırır, çünki Birləşmiş Ştatlarda istehsal gücü Ukraynaya hərbi dəstəyin artan təzyiqi altındadır. Bu barədə “Yomiuri” qəzeti hökumətdəki mənbələrə istinadən yazıb.
Bu mövzu Yaponiyanın baş naziri Fumio Kişidanın aprel ayında Vaşinqtona planlaşdırılan səfəri çərçivəsində ABŞ Prezidenti Co Baydenlə görüşü zamanı müzakirə olunacaq.
Qeyd olunur ki, tərəflər müdafiə müəssisələri arasında əməkdaşlığın gücləndirilməsi məsələsini müzakirə etmək niyyətindədirlər, çünki ABŞ-ın Ukraynaya uzunmüddətli dəstək səbəbindən artilleriya mərmiləri və raket ehtiyatlarının tükənməsi ilə bağlı narahatlığı var.
Yaponiya və ABŞ Vaşinqtonun hazırda ən çox ehtiyac duyduğu müdafiə təyinatlı məhsulların siyahılarını razılaşdıracaq. ABŞ-ın Ukraynaya tədarük etdiyi haubitsalar üçün komponentlər, eləcə də bəzi sursat növləri siyahıya daxil edilə bilər. Bu, Vaşinqtona öz ehtiyatlarını artırmağa və digər resursları Kiyevə yardıma yönəltməyə imkan verəcək.
Bundan əlavə, hər iki ölkə Yaponiya şirkətlərinin Amerika hərbi texnikasına müntəzəm olaraq xidmət göstərəcəyi və təmir edəcəyi sistemin yaradılması imkanını nəzərdən keçirəcək.*
V.Əliyev