Amerikanın “General Frank Besson” hərbi-nəqliyyat gəmisi humanitar yardımın çatdırılması məqsədilə üzən körpünün tikintisi üçün Qəzza zolağı sahilinə yola düşüb. Bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
ABŞ Prezidenti Co Baydenin Qəzzaya dəniz yolu ilə humanitar yardım göstərilməsinin planlaşdırıldığını elan etməsindən 36 saat sonra gəmi martın 9-da Virciniya ştatındakı Langley-Eustis bazasından dənizə doğru yola düşüb.
Qeyd olunub ki, “General Frank Besson” gəmisi Qəzza sahilində müvəqqəti üzən körpünün tikintisi üçün zəruri avadanlıqların ilk partiyasını daşıyır.
Pentaqonun məlumatına görə, iki aya qədər davam edəcək tikinti işlərinə min hərbçi cəlb olunacaq.*