Ukrayna Rusiya ilə silahlı münaqişə çərçivəsində “ağ bayraq” qaldırmaq niyyətində deyil. Bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba “X” hesabındakı paylaşımında bildirib.
Roma Papası Fransiskin hərbi əməliyyatlar zonasındakı vəziyyətlə bağlı fikirlərini şərh edən Kuleba vurğulayıb ki, onun dövlətinin yalnız mavi-sarı rəngli bir bayrağı var.
“Biz başqa bayraqları qaldırmayacağıq”, - deyə nazir qeyd edib.
O, Vatikanı “tarixi səhvləri” təkrarlamamağa çağırıb. Bununla belə, Kuleba söhbətin məhz nədən getdiyini açıqlamayıb.
XİN başçısı Papa Fransiskin tezliklə Ukraynaya səfər etmək üçün fürsət tapacağına ümidvar olduğunu bildirib.*
V.Əliyev