Aərbaycan Mərkəzi Bankı (AMB) martın 11-nə manatın dollara qarşı rəsmi məzənnəsini 1,7 manat/$1 səviyyəsində saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Martın 11-nə manatın avroya nisbətən rəsmi məzənnəsi 1.8598 manat/1EUR səviyyəsində (martın 7-nə 1.8535 manat/1EUR) müəyyən edilib.
AMB martın 11-nə manatın rus rubluna nisbətən rəsmi məzənnəsini 0.0187 manat/1RUB səviyyəsində (martın 7-nə 0.0187 manat/1RUB) saxlayıb.
Martın 11-nə manatın türk lirəsinə nisbətən rəsmi məzənnəsi 0.0531 manat/1TRY səviyyəsində (martın 7-nə 0.0534 manat/1TRY) müəyyən edilib.**
X.Nəsirzadə