Dövlət Vergi Xidməti (DVX) "SOCAR Green" MMC-ni (SOCAR-ın törəmə müəssisəsi) dövlət qeydiyyatına alıb, cəmiyyətin nizamnamə kapitalı $16,5 milyon təşkil edir.
“DVX 1 mart 2024-cü il tarixində "SOCAR Green" MMC-ni (VÖEN 1506714931) qeydiyyata alıb. Şirkətin nizamnamə kapitalı $16,5 milyona bərabərdir. Rəsmi nümayəndəsi Elmir Musayevdir”, - “İnterfaks-Azərbaycan”a DVX-dən məlumat verilib.
Xəbər verildiyi kimi, 2023-cü il dekabr ayında SOCAR-ın Müşahidə Şurası Azərbaycanda bərpa olunan enerji mənbələrinin inkişafı, həmçinin SOCAR-ın dekarbonizasiya məqsədlərinə çatmaq məqsədilə "SOCAR Green" MMC-nin yaradılmasına qərar verib. **
A.Əzizov