Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev bazar ertəsi Azərbaycan Respublikasına ikigünlük dövlət səfərinə gəlib.
Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Qazaxıstan prezidentinin mətbuat ximətinin məlumatına görə, Tokayev səfər zamanı Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcək və Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şurasının birinci iclasında iştirak edəcək. Səfər çərçivəsində bir sıra sənədlərin imzalanması planlaşdırılır. **
N.Abbasova