2024-cü ildə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) ilə yük daşımılarının həcminin 4,2 milyon tonadək artırılması planlaşdırılır.
“2023-cü ildə həcm (TBNM ilə yük daşımlarının - İF) 65% artıb. Bu il isə TBM ilə yük daşımalarının həcminin daha 43% artırılaraq 4,2 milyon tona çatdırılması planlaşdırılır”, - “İnterfaks-Azərbaycan” Qazaxıstanın nəqliyyat nazirinin müavini Satjan Ablaliyevin sözləriondən sitat gətirir.
Ablaliyev bazar ertəsi Bakıda Azərbaycan-Qazaxıstan İşgüzar Şurasının II iclasında iştirak edib.
Daha öncə Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev bəyan edib ki, TBNM illik 10 milkyon tpn yük daşınması üçün potensiala malikdir.
Orta Dəhliz kimi tanınan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) Çin-Qazaxıstan sərhədindən başlayaraq Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstandan keçməklə Avropa ölkələrinə qədər uzanan beynəlxalq nəqliyyat dəhlizidir. Bakı-Tbilisi-Qars dəmir yolu bu dəhlizin bir hissəsidir. **
R.Əhmədov