Bazar ertəsi Bakıda Azərbaycan prezidenti İlham Əliyev və Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev məhdud tərkibdə görüş zamanı ticarət-iqtisadi, tranzit-nəqliyyat, enerji və mədəni-humanitar əməkdaşlıq məsələlərini müzakirə ediblər.
«Danışıqlar zamanı liderlər ticarət-iqtisadi, tranzit-nəqliyyat, enerji, mədəni-humanitar əməkdaşlıq, həmçinin rəqəmsallaşdırma, ərzaq təhlükəsizliyi, bərpa olunan enerji mənbələri sahələrində əməkdaşlıq məsələlərini müzakirə ediblər», - “İnterfaks-Azərbaycan” Qazaxıstan prezidentinin saytındakı məlumatdan sitat gətirir.
Tərəflər həmçinin «Qazaxıstan və Azərbaycan iqtisadiyyatlarının yeni artım nöqtələri olacaq irəliləyişli investisiya layihələrinin» həyata keçirilməsi perspektivlərini nəzərdən keçiriblər.
Görüş zamanı Tokayev Əliyevi Azərbaycan prezidenti seçkilərindəki qələbəsi və bu il BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Bakıda keçirilməsi münasibətilə təbrik edib.
Qazaxıstan prezidenti Qazaxıstan-Azərbaycan əməkdaşlığının «yeni məzmun və birgə iri layihələrlə dolu, çox dinamik inkişaf edən» səviyyəsini yüksək qiymətləndirib. **
R.Kərimov