Bazar ertəsi «Varyaq» raket kreyserinin başçılıq etdiyi Sakit okean donanmasının gəmi dəstəsi İranın Çabahar limanının reydinə gəlib. Bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyindən məlumat verilib.
"Rusiya gəmiləri “Dəniz Təhlükəsizlik Kəməri-2024" birgə hərbi-dəniz təlimində iştirak edəcəklər. Təlimə həmçinin İran və Çin hərbi dəniz qüvvələrinin gəmiləri, qayıqları və dəniz aviasiyası cəlb ediləcək", - Rusiya Müdafiə Nazirliyinin açıqlamasında deyilir.
«Müşahidəçilər qismində Pakistan, Qazaxıstan, Azərbaycan, Oman, Hindistan və Cənubi Afrika Hərbi Dəniz Qüvvələrinin nümayəndələri çıxış edəcəklər», - RF MN-dən məlumat verilir. **