Martın 11-nə olan vəziyyətə görə Azərbaycandan Rusiyaya 20,1 milyon ədəd ərzaq yumurtası tədarük edilib.
“İnterfaks-Azərbaycan” agentliyi Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinə (“Rosselxoznadzor”) istinadən xəbər verir ki, martın 4-dən 10-dək “Yaraq-Qazmalar” keçid məntəqəsi vasitəsilə Azərbaycandan Rusiyaya sonrakı satış üçün 3,9 milyon ədəd ərzaq yumurtasının növbəti partiyası gətirilib.
2024-cü ilin əvvəlindən Türkiyədən 12,3 milyon ədəd yumurta, Belarusdan – 148 milyon ədəd yumurta idxal olunub.
Azərbaycan Rusiyaya yumurta ixracına 2023-cü il dekabrın 19-da başlayıb.**
R.Əhmədov