Azərbaycan prezidenti İlham Əliyev ümid edir ki, Ermənistanla danışıqlar tərəflər arasında sülh sazişinin imzalanması ilə nəticələnəcək.
“Bu gün regional problematika məsələlərini ətraflı müzakirə etdik. Mən Kasım-Jomart Kemeleviçə (Qazaxıstan prezidenti - İF) Azərbaycan ilə Ermənistan arasında sülh danışıqları prosesi haqqında məlumat verdim və ümidvar olduğumu bildirdim ki, bu proses sülh sazişinin imzalanması, tariximizin bu ağır və qara səhifəsinin çevrilməsi ilə başa çatacaq”, - Əliyev bazar ertəsi Bakıda keçirilən Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın birinci iclasında bildirib. **
R.Kərimov