Israilin baş naziri Benyamin Netanyahu bazar ertəsi bəyan edib ki, İsrail hərbçiləri HƏMAS hərəkatına qarşı əməliyyat çərçivəsində onun bütün rəhbərlərini zərərsizləşdirəcəklər.
"Biz tam qələbə yolundayıq. Bu yolda artıq HƏMAS-ın “dörd nömrəli” adamını zərərsizləşdirdik. Növbədə «üç nömrə», «iki nömrə» və «bir nömrə» var”, - “The Times of Israel” nəşri Netanyahunun sözlərinə istinad edir. **