Amerikalıların ən azı 37%-i əmindir ki, digər ölkələrin liderləri ABŞ-ın hazırkı prezidenti Co Baydenə hörmət edirlər. Bundan “Gallup” sorğusunun nəticələri xəbər verir.
Eyni zamanda, respondentlərin 58%-i dünya liderlərinin ABŞ prezidentinə hörmət etmədiyini qeyd edib.
Amerikalıların ölkənin dünyada mövqeyindən məmnunluğu 2017-ci ildən etibarən ən aşağı səviyyədədir: respondentlərin yalnız 33%-i bundan məmnundur. Bununla yanaşı, respondentlərin 65%-i ABŞ-ın beynəlxalq aləmdəki mövqeyindən məmnun deyil.
Rəyi soruşulanların 6%-i hesab edir ki, dünya ictimaiyyəti ABŞ-a «çox yaxşı münasibət bəsləyir», 36%-i isə hesab edir ki, «müəyyən dərəcədə yaxşı münasibət bəsləyir”. Eyni zamanda, 10 respondentdən təxminən 6-sı dünyada ABŞ-a münasibtin «bir qədər mənfi» və ya «çox mənfi» olduöuna əmindir. **