Martın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Füzuli şəhərində inşa olunan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılış mərasimində iştirak ediblər. Bu barədə Azərbaycan liderinin saytında məlumat verilib.
Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin təməlqoyma mərasimi 2023-cü ilin mart ayında keçirilib. Mərkəz Qazaxıstanın investisiyaları hesabına inşa edilib. Layihə Qazaxıstanın “BI Group” şirkəti tərəfindən həyata keçirilib.*
B.Rüstəmbəyov