Ermənistanın baş naziri Nikol Paşinyan İrəvandakı “Zvartnots” hava limanında sərhəd nəzarətinin müstəqil şəkildə həyata keçirilməsi məsələsi ilə bağlı ölkəsinin Rusiyaya müraciət etdiyini təsdiqləyib.
“Ermənistanın sərhəd qoşunları Rusiyanın Ermənistandakı sərhəd qoşunlarına yazılı müraciət edərək, hava limanında xidmətə, təhlükəsizliyin təmin edilməsinə, sərhəd nəzarətinin həyata keçirilməsinə və ümumiyyətlə müstəqillik əldə etdikdən sonra göstərdikləri yardıma və xidmətlərə görə onlara təşəkkür edib”, - deyə Paşinyan bu gün keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Ermənistan tərəfi ölkədə dövlət institutlarının inkişaf etməsi ilə əlaqədar Sərhəd Xidmətinin artıq kifayət qədər təcrübə və imkanlara malik olması və buna görə “Zvartnots”da sərhəd nəzarətini Rusiyanın dəstəyi olmadan müstəqil şəkildə həyata keçirə biləcəyi barədə qarşı tərəfi məlumatlandırıb.*